kimarite

kimarite108
ABİSETAOSİ – sıxışdırma, yaxud tullama məqamı olmayanda, öz bədən çəkisi ağırlığındakı rəqibin aşırılması.

AMİUTİ – rəqibin hücum edən qolunu tutub, dönərək tullamaqla aşırılması. Sumotori hər iki əli ilə rəqibin qolunu tutur (bir əlini qoltuğundan, o birini biləyə yaxın) və onu qoltuqdan tutan əlinə tərəf tullayır. Bu fənd tor çəkən balıqçının hərəkətini xatırladır. Hərfi tərcümədə: “ami” – “balıqçı toru”.

ASİTORİ – iki əllə rəqibin ayaqlarını tutandan sonra onun aşırılması, yaxud itələyib dohyo xaricinə çıxarılması.
VARİDASİ – sağtərəfli, yaxud soltərəfli duruşda bir əlin pəncəsini sinəyə (çiyinə, qoltuğa, böyürə və yaxud qarına) dayamaqla rəqibin sıxışdırılıb dohyo xaricinə çıxarılması.
VATASİKOMİ – yan tərəfdən və bədənə dayaq verməklə, rəqibin əks adlı budunu, ya da dizaltı büküşünü ələ keçirib, onun aşırılması.
QASSYOXİNERİ – rəqibin kürəyi arxasında əlləri bir-birinə bənd etdikdən sonra, dönmə hərəkəti ilə onun aşırılması.
DZUBUNERİ – rəqibin dirsəyini dartmaqla və eyni vaxtda boynunu burmaqla onun aşırılması. Fəndi işlətməzdən əvvəl, sumotori başını rəqibin sinəsinə, yaxud çiyninə dayayır, sanki “yapışdırır”.
İDZORİ –geriyə tullamaqla rəqibin aşırılması. Sumotori rəqibin altına oturur, hər iki əli ilə onun ayağını diz tərəfdən tutur və tullama hərəkətini icra edir.
İPPONDZEOY – rəqibin qollarını hər iki əllə tutmaqla bel üstündən tullama. Gözəlliyinə görə nadir fəndlərdən biridir. Son 25 il ərzində yalnız 1 dəfə icra edilib – 2000-ci ilin noyabrında 220 kiloqram çəkisi olan Musasimaruya qarşı 170 kiloqram çəkisi olan Kayo tərəfindən.
YOBİMODOSİ – “məngənə”yə alınmış rəqibin, irəliyə təzyiq verərək kəskin dönmə ilə aşırılması. Digər qolun altından rəqibin bədəninə keçmiş hücumçu əllə icra edilir.
YORİKİRİ – güc tətbiq etməklə rəqibin dohyo xaricinə sıxışdırılıb çıxarılması. Sumoda ən çox yayılmış fənddir. Bütün qələbələr 30% bu yolla əldə olunur.
YORİTAOSİ – güc təzyiqi ilə sıxışdırma sonunda rəqibin aşırılması.
KAVADZUQAKE – iç tərəfdən rəqibin əks adlı ayağına badalaq vurmaqla onun geriyə aşırılması. Bu zaman sumotorinin ayağı sözün əsl mənasında rəqibin əks adlı ayağına dolanır. Bu fənd çox vaxt boyundan tutmaqla müşayiət olunur. Əks fənd kimi istifadə oluna bilər. Yeganə kimaritedir ki, güləşçinin adı (Kavadzu) verilib.
KAYNAXİNERİ – rəqibin qollarını hər iki əllə yan tərəfdən tutduqdan sonra, kəskin dönmə ilə aşırılması, yarım addımla müşayiət olunur. Hərfi mənada: “kayna” – “qol”, “xineri” – “burmaq”. Bu fənd tottari fəndinə çox bənzəyir.
KAKEDZORİ – rəqibin hücumda olan əlinin altına soxulduqdan sonra, yan tərəfdən əks adlı ayağına badalaq qoymaqla onun arxaya tullanılması.
KAKENAQİ – rəqibin əks adlı buduna iç tərəfdən badalaq qoymaqla onun bud üzərindən tullanılması.
KATASUKASİ – rəqibin çiynindən tutmaqla aşırılması. Bu zaman sumotori rəqibin çiynini qucaqlayaraq və onu özünə dartaraq bir əlini onun əks adlı qoltuğunun altına soxur, sonra isə kənara addım ataraq, rəqibin çiyninə (boynuna, yaxud kürəyinə) dayaq verməklə, onu o biri əli ilə öz qarşısında yerə yıxır.
KİMEDASİ – rəqibi sıxışdıraraq dohyo xaricinə çıxarılması. Hər iki əli altından rəqibin tutma hərəkətini buraxaraq, sumotori, bazuönü qollarını kip sıxmaqla rəqibin qollarını “qıfıla salır” və onu sıxışdırıb saman haşiyədən çölə çıxarır.
KİMETAOSİ — hər iki qol altından rəqibin tutma hərəkətini buraxdıqdan sonra onun, dohyo üzərinə, yaxud dohyo xaricinə aşırılması. Sumotori bazuönü qollarını kip sıxaraq rəqibin qollarını “qıfıla salır” və onu yerə yıxır.
KİRİKAESİ – yan tərəfdən rəqibin əks adlı ayağının dizinə badalaq vurmaqla, onun diz üzərindən arxaya tullanılması. Ən çox əks fənd kimi istifadə olunur.
KODZUMATORİ — güləşçilər üz-üzə durduqları vəziyyətdə, rəqibi özünə dartıb ayaq pəncəsini tutduqdan sonra onun aşırılması.
KOMATASUKUİ. İkinci dərəcəli fənd. Rəqib, tullama cəhdinə müqavimət göstərərək, ayağını qabağa qoyanda tətbiq edilir. Sumotori əliylə iç tərəfdən rəqibin eyni adlı ayağının budundan, yaxud dizaltı büküşündən tutur və onu aşırır.
KOSİNAQE – mavasi (qurşaq) tutmanı istifadə etməklə və yaxud etməməklə sinə, yaxud bel üzərindən tullama.
KOTENAQE – rəqibin hücum edən qolunun yuxarısından tutmaqla onun aşırılması. Bu zaman rəqibin mavasisi tutulmur.
KOTEXİNERİ – dönmə və kəskin hərəkətlə rəqibin aşırılması. Bu zaman sumotori bir qolu ilə rəqibin qolunu qucaqlayır. O biri qolu rəqibin bədənini, yaxud boynunu qucaqlaya, ya da qurşağını saxlaya bilər. Aşırılma rəqibin qolunu qucaqlamış qola tərəf icra olunur.
KUBİNAQE – rəqibin boynundan tutmaqla onu tullama.
KUBİXİNERİ – rəqibin boynundan tutub, kəskin dönmə ilə onun aşırılması. Bu zaman sumotori bir əlini rəqibin boynuna dolayır, o biri ilə, əks adlı qolun yuxarısından, bədənini tutur -. Hərfi tərcüməsi: “boyunun burulması” (“kubi” – “boyun”, “xneri” – “burulma”).
KEKAESİ – rəqibin eyni adlı ayağına iç tərəfdən kəskin dartma tətbiq etməklə aşırılması.
KETAQURİ – Döyüş başlayarkən, güləşçilərin bir-birilərinə yaxınlaşması anında rəqibin eyni adlı ayağına iç tərəfdən kəskin dartma tətbiq etməklə aşırılması.
MAKİOTOSİ- Əks fənd. Hücum edən rəqibin, mavasi tutma hərəkəti olmadan, qucaqlanması və kəskin dönmənin köməyi ilə kənara aşırılması.
MİTOKORODZEME – badalaq, tutma və dayaq hərəkətlərindən istifadə edərək, rəqibin beli üstə aşırılması: sumotori ayağını iç, yaxud yan tərəfdən rəqibin əks adlı ayağına ilişdirir, əks tərəfdəki əli ilə rəqibin o biri budundan yapışır, başıylasa sinəsinə dayaq verir.
NİMAYQERİ – iç tərəfdən rəqibin əks adlı topuğuna dartma hərəkəti etməklə və onu dohyodan aralamaqla aşırılması.
NİTYONAQE – rəqibin yan tərəfdən eyni adlı dizinə badalaq vasitəsilə onun qabağa tullanılması.
OKURİQAKE – arxadan rəqibin istənilən ayağına içəridən, yaxud yan tərəfdən badalaq qoymaqla aşırılması.
OKURİDASİ – rəqibin belinə təkan vurmaqla onun itələnib dohyo xaricinə çıxarılması. Okuridasi çox vaxt (bir addım geri və azacıq kənara addım atmaqla müşayiət olunan, rəqibin qolu üzərindən, yaxud altından, qurşağından yapışmaqla onun tullama cəhdinin tarazlıqdan çıxarılmasına gətirən) dasinaqedən sonra icra olunur.
OKURİNAQE – rəqibin kürəyi arxasından qurşağından yapışmaqla tullanılması.
OKURİTAOSİ – rəqibin kürəyindən itələməklə dohyoya aşırılması. Əgər rəqib meydandan xaricə yıxılırsa, döyüşün qalibinə Okuridasi təyin olunur. Okuritaosi çox vaxt (bir addım geri və azacıq kənara addım atmaqla müşayiət olunan, rəqibin qolu üzərindən, yaxud altından, qurşağından yapışmaqla onun tullama cəhdinin tarazlıqdan çıxarılmasına gətirən) dasinaqedən sonra icra olunur.
OKURİXİKİOTOSİ – rəqibin kürəyi arxasından qurşağından yapışıb özünə dartmaqla aşırılması.
OKURİTSURİDASİ – rəqibin üzü qabağa dohyo xaricinə aparılması. Bu zaman sumotori hər iki tərəfdən rəqibin bədənindən, yaxud mavasisindən tutur və rəqibi sinəsinə qəbul edib onu havaya qaldırır.
OKURİTSURİOTOSİ – rəqibin arxadan hər iki tərəfdən bədənini yaxud mavasisini tutandan və onu sinəyə qaldırandan sonra aşırılması. Somotori rəqibi havaya qaldırdıqdan sonra kəskin hərəkətlə onu dohyoya otuzdurur.
OMATA — İkinci dərəcəli fənd. Rəqib tullama cəhdinə müqavimət göstərərkən və eyni vaxtda komatasukui vəziyyətinə düşə biləcəyini xatırlayıb mane olan ayağını qabağa çıxararkən tətbiq olunur. Sumotori iç tərəfdən əli ilə rəqibin əks adlı ayağının budundan tutur və onu aşırır.
OSAKATE – Rəqibin qurşaq-mavasisini çiyindən yuxarıda tutandan sonra, dönmə ilə tullanılması. Bu zaman tullama, tutan qola tərəf icra edilir.
OSİDASİ — əllərlə, yaxud ovuclarla rəqibin bədəninə güclü təkanlar, şillə-xarite və boğaz-nodovaya boğma zərbəsi tətbiq etməklə rəqibin dohyo xaricinə basılıb çıxarılması. Sumoda ən çox yayılmış fəndlərdən biri.
OSİTAOSİ – əllərlə, yaxud ovuclarla rəqibin bədəninə güclü təkanlar, şillə-xarite və boğaz-nodovaya boğma zərbəsi tətbiq etməklə rəqibin dohyo üstünə, yaxud dohyo xaricinə aşırılması.
SABAORİ – Rəqibin mavasisində, yaxud üstdən hər iki qolundan tutub özünə dartmaqla dizləri üstünə yıxıdılması.
SAKATOTTARİ — Əks fənd. Tottari edən rəqibə qarşı icra olunur. Sumotori bir anda özünü yenidən toplayıb qolunu rəqibin əllərindən cəld çıxarır və öz növbəsində, bir əli ilə rəqibin eyni adlı qolunun biləyindən yapışır, o biri əlini isə iç tərəfdən həmin qola dolayır, sonra rəqibi aşırır, yaxud dohyo xaricinə itələyib çıxarır.
SİTATEDASİNAQE – rəqibin qolu altından onun qurşağını tutub tullayaraq aşırılması. Sumotori rəqibin qolu altından mavasini götürmüş əliylə onu özünə dartır, eyni zamanda rəqibi tarazlıqdan çıxarmaq üçün kənara addım atır və tullamanı icra edir.
SİTATENAQE – rəqibin qolu altından mavasini tutmuş əlin hərəkəti ilə, rəqibin aşırılması. Sumoda ən çox yayılmış tullamalardan biridir.
SİTATEXİNERİ – dönmə və kəskin hərəkətlə rəqibin aşırılması. Bu zaman sumotori bir əli ilə, rəqibin qolu altından, onun qurşaq-mavasisini tutub saxlamaqdadır.
SOKUBİOTOSİ – əl və yaxud biləklə rəqibin boyun yaxud peysərindən itələyib onun aşırılması.
SOTOQAKE – yan tərəfdən rəqibin əks adlı ayağına badalaq hərəkəti tətbiq etməklə onun aşırılması.
SOTOKOMATA — İkinci dərəcəli fənd. Rəqib, tullama fəndinin icrasına müqavimət göstərərək ayağını qabağa çıxararkən tətbiq olunur. Sumotori yan tərəfdən əli ilə rəqibin eyni adlı budundan, yaxud dizaltı büküşündən tutur və onu aşırır.
SOTOMUSO — Mavasilər qarşılıqlı olaraq ələ keçirildikdə, sumotori gözlənilmədən əlini buraxır və həmin əliylə yan tərəfdən rəqibin eyni adlı diz büküşündən, yaxud budundan tutaraq, başqa əli ilə onu özünə dartır, həmçinin yan tərəfdən rəqibin əks adlı qolunun dirsəyini, yaxud qoltuğunu qucaqlayır və onu dohyoya aşırır.
SOTOTASUKİDZORİ – rəqibin hücumda olan qolunu tutmaqla onun aşırılması. Bu zaman sumotori başqa əli ilə rəqibin iç tərəfdən, eyni adlı tutulmuş qolla, budundan yapışır və onu özünə dartır.
SUKUİNAQE – rəqibin bədənini qol altından (qoltuq altından) tutmaqla onun tullanılması. Rəqibin mavasisindən tutulmur.
SUSOTORİ — Əks fənd. Rəqib tullama hərəkəti etmək istəyəndə tətbiq olunur. Sumotori yan tərəfdən bir əli ilə rəqibin ayaq pəncəsindən yapışır və onu aşırır.
SUSOXARAİ. İkinci dərəcəli fənd. Xikkake, uvatedasinaqe yaxud sitatedasinaqedən sonra icra olunur. Müqavimət göstərən rəqib ayağını qabağa çıxaranda tətbiq olunur. Bu an sumotori tez arxadan rəqibin başqa (əks adlı) ayağını ilişdirir və onu aşırır.
SÜMOKUDZORİ – “dəyirman” tutma hərəkətini istifadə etməklə rəqibin tullanılması. Texnikasına görə TASUKİDZORİyə oxşayır. Fəndin yekun hissəsində sumotori rəqibi öz çiyinlərinə alır və onu öz çəkisi ilə bərabər arxaya aşırır.
TASUKİDZORİ — “dəyirman” tutma hərəkətini istifadə etməklə rəqibin tullanılması. Sumotori bir əli ilə rəqibin hücum edən qolunu tutur, o biriyləsə, rəqibin altına oturaraq, iç tərəfdən onun ayağını tutur və geriyə tullamanı həyata keçirir.
TYONQAKE – iç tərəfdən rəqibin eyni adlı dabanına badalaq qoyma hərəkətini istifadə etməklə onun aşırılması. Bu zaman sumotori rəqibi tarazlıqdan çıxararaq, özünə tərəf çəkir.
TOKKURİNAQE – rəqibin “başını burub fırlatmaqla” aşırılması.
TOTTARİ – rəqibin qollarını iki əllə tutmaqla və kənara, yaxud irəli atılan müşayiətçi addımla rəqibin qarşıya aşırılması. Bu zaman sumotori bir əliylə rəqibin eyni adlı qolunun biləyindən yapışır, başqasını isə yan tərəfdən həmin qola dolayır.
UVATEDASİNAQE –qolun üzərindən qurşağı tutmaqla və tullama hərəkəti ilə rəqibin aşırılması. Sumotori, rəqibin qolu üzərindən mavasini tutmuş əli ilə, rəqibi özünə tərəf çəkir, eyni vaxtda rəqibin dayaq vermiş qolunu dirsəyi ilə basaraq, geriyə və azacıq kənara addım atır. Rəqibi tarazlıqdan çıxararaq, sumotori tullama hərəkətini yerinə yetirir.
UVATENAQE – rəqibin qolu üzərindən qurşaq-mavasini tutmaqla rəqibin aşırılması. Sumoda ən çox yayılmış tullama hərəkətlərindən biridir.
UVATEXİNERİ – kəskin hərəkət və dönmə ilə rəqibin aşırılması. Bu zaman sumotori bir əliylə rəqibin bədənini qucaqlayır, o biriyləsə rəqibin qarşı tərəfdəki qolunun üstündən qurşaq-mavasini saxlayır. Aşırılma mavasini tutmuş qola tərəf icra edilir.
USİROMOTARE – rəqibin meydandan xaricə bellə itələnib çıxarılması, yaxud aşırılması.
UTİQAKE – rəqibin əks adlı ayağına iç tərəfdən badalaq qoymaqla aşırılması.
UTİMUSO – rəqibin əks adlı budunu aşağıdan iç tərəfdən əllə tutmaqla və bədənin kəskin hərəkətilə rəqibin aşırılması.
UTTYARİ – dohyonun qırağında dönmə ilə rəqibin aşırılması. Saman haşiyəyə sıxılmış olmaqla, pəhləvan rəqibin altına oturur və kəskin hərəkətlə onu qarnı üstündən döndərir.
XARİMANAQE – qurşaq-mavasini rəqibin başı üzərində tutduqdan sonra, rəqibi özünə dartaraq tullama.
XATAKİKOMİ – rəqibin aşağı duruşdan hücumu, yaxud əks-hücumu zamanı aşırılması. Sumotori kənara kəskin hərəkət edir və bir, ya da iki əliylə yuxarıdan rəqibi çiynindən (həmçinin, belindən ya da qolundan) itələyib öz qarşısına aşırır. Ən çox yayılmış fəndlərdən biridir.
XİKİOTOSİ – rəqibin qollarını ya da çiyinlərini özünə tərəf dartmaqla öz qarşısına aşırılması. Dartma həmçinin qurşaq-mavasinin qabaq hissəsinin ələ keçirilməsi ilə də icra edilə bilər.
XİKKAKE – rəqibin aşırılması, yaxud dohyonun xaricinə itələnib çıxarılması. Bu zaman sumotori bir əliylə iç tərəfdən rəqibin eyni adlı qolunu tutur və dartaraq, o biri əliylə rəqibin kürəyindən itələyir.
TSUKAMİNAQE — rəqibin mavasisini (qurşağını) arxadan tutmaqla və onu dohyodan ayırmaqla icra olunan tullama.

TSUKİDASİ – rəqibin bədəninə və ya başına aramsız güclü təkanlar endirməklə dohyo xaricinə basılıb çıxarılması.
TSUKİOTOSİ – bir əlini rəqibin böyrünə ya da qoltuğunun altına dirəməklə və kənara addım atmaqla onun aşırılması.
TSUKİTAOSİ — rəqibin bədəninə və ya başına aramsız güclü təkanlar nəticəsində dohyoya, yaxud dohyo xaricinə aşırılması.
TSUMATORİ – rəqibin ayaq pəncəsini tutandan sonra aşırılması. Sumotori rəqibi irəli “buraxaraq” kənara gözlənilməz hərəkət edir və addım anında onun pəncəsini ələ keçirir, sonra kəskin hərəkətlə geriyə dartır.
TSURİDASİ – rəqibin kürəyi qabaqda dohyo xaricinə çıxarılması. Bu zaman sumotori rəqibin bədənini ya da mavasisini hər iki tərəfdən ələ keçirir və onu sinəsinə qəbul edərək, havaya qaldırır.
TSURİOTOSİ – hər iki tərəfdən rəqibin bədənini, yaxud mavasisini tutduqdan və onu sinəsinə qaldırdıqdan sonra rəqibin aşırılması. Sumotori rəqibi havaya qaldırdıqdan sonra, kəskin hərəkətlə onu dohyoya otuzdurur.
TSUTAEDZORİ – rəqibin qolu altına soxulmaq və dərhal onu dohyoya aşırmaq.
YAQURANAQE — bud, yaxud diz üzərindən tullama. Rəqibin mavasisini (qurşağını) özünə tərəf bərk dartıb, sumotori, iç tərəfdən rəqibin əks adlı ayağının budu altından ayaq maneəsi (podsad) hərəkəti tətbiq edir.
Kimaritenin hesabına, həmçinin, əlbəyaxa döyüş üzvlərindən birinin qeyri-məcburi səhvləri üzündən edilən və rəqibin qələbəsinə gətirib çıxaran, texniki hərəkətlərin 5 qırılma növü də aiddir.
İSAMİASİ – rəqibin sıxışdırılması zamanı, onun hərəkətlərinin təsiri olmadan, üzü qabağa dohyo xaricinə çıxma (zastup).
KOSİKUDAKE – rəqibin köməyi olmadan tarazlığın itirilməsi nəticəsində geriyə yıxılma.
FUMİDASİ — rəqibin hərəkətlərinin təsiri olmadan, dohyo xaricinə çıxma.
TSUKİTE — rəqibin hərəkətlərinin təsiri olmadan, dohyonun səthinə əllə toxunmaq.
TSUKİXİDZA — rəqibin hərəkətlərinin təsiri olmadan, dohyonun səthinə dizlə toxunmaq.