Yeniyetmə sumoçulardan fantastik nəticə.

Polşanın Varşava şəhərində yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb. Bizim gənc sumoçular fantastik nəticə əldə edərək komanda hesabında üçüncü oldular. Cəmi 3 idmançı ilə təmsil olunan Azərbaycan yığma komandası 3 qızıl və 1 gümüş medalları əldə ediblər. Məhərrəm Eyvazov (60 kq), Səftər Məmmədli (85 kq), Camal Feyziyev (+100 kq) bütün rəqiblərə qalib qələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə mütləq çəki dərəcəsində qüvvəni sınayan Camal Feyziyev yalnız final görüşdə məqlub olaraq ikinci olub.

Namiq Sadıqov Almaniyada qızıl medal qazandı.

17 iyun 2017-ci il tarixində Almaniyanın Brandenburq şəhərində Avropa Kuboku (3-cü mərhələsi) Azərbaycan sumoçuları üçün uğurlu olub və həmin yarışda bizim idmançılar 1 qızıl və 2 bürünc qazanıblar.

85 kq çəki dərəcəsində yarışan təmsilçimiz Namiq Sadıqov ardıcıl Almaniya, Macarıstan, İtaliya, Estoniya və Polşa idmançıların üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Rəsul Həsənov həm 100 kq-dək, həm də mütləq çəki dərəcəsində 3-cü yerləri tutub.

Yarışın nəticələrinə əsasən hər iki sumoçumuz öz reytinqi yaxşılaşdırıblar.

 

Avropa çempionatından 5 medalla

21-24 aprel 2017-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində böyüklər və gənclər arasında Avropa çempionatı keçirilmişdir. Azərbaycan sumoçuları bu yarışda 5 bürünc medal əldə ediblər: kişilər arasında Namiq Sadıqov (85kq), gənclər arasında Məhərrəm Eyvazov (60kq), Çingiz Səmədov (92kq), Camal Feyziyev (+115kq) və gənclər arasında komanda yarışında ( Camal Feyziyev, Çingiz Səmədov, Sərdar Səfixanov, Səftər Məmmədov )

Estoniyada 1 qızıl, 1 bürünc

26 mart 2017-ci il tarixində Estoniyanın Vinni şəhərində Avropa Kuboku 2-ci mərhələsi keçirilmişdir. 100 kq-dək çəki dərəcəsində Səmədov Çingiz 1-ci, Həsənov Rəsul isə 3-ci yerləri tutmuşdurlar.

1 təmsilçimiz – 1 qızıl medal

15.01.2017-ci il tarixində Macarıstanın Erd şəhərində Avropa Sumo Federasiyasının təqvim planına əsasən kişilər və qadınlar arasında Avropa Kubokunun 1-ci mərhələsi keçirilmişdir. Azərbaycan Milli yığma komandasının üzvü, dəfələrlə Dünya və Avropa çempionu Namiq Sadıqov 85-kq çəki dərəcəsində 6 dəfə rəqiblər üzərində qələbə qazanaraq, qızıl medalının sahibi olub.

 

Avropa birinciliyində bürünc medal

2016-cı il 14-16 oktyabr tarixlərində Almaniyanın Brandenburq şəhərində sumo üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilib.Azərbaycan komandasını U-16 yaş qrupunda Camal Feyziyev təmsil edirdi.95+kq çəki dərəcəsində iştirak edən Camal Feyziyev 3 yeri tutaraq, bürünc medalın sahibi olmuşdur.

“Poland Sumo Open 2016”

09 iyul 2016-cı il tarixində Polşanın Krotoşin şəhərində sumo üzrə “A” kateqoriyalı “Poland Open 2016” Beynəlxalq turniri keçirilib. Yarışda Polşanın müxtəlif şəhərləri, Yaponiya, Almaniya, Estoniya, Macarıstan, Gürcüstan, Litva, Latviya və Azərbaycan nümayəndələri iştirak ediblər. 100 kq çəki dərəcəsində Rəsul Həsənov 6 görüşlərdə qələbə qazanaraq yalnız yarımfinalda uduzub və bürünc medalın sahibi olub.

Sumo güləşçilərimizin İtaliyadakı uğur çıxışı

03.07.2016-cı il tarixində İtaliyanın Barcis şəhərində sumo üzrə Beynəlxalq turniri keçirilmişdir. Yarışda komandamızın rəqibləri İtaliyanın müxtəlif şəhərlər, Almaniya, Macarıstan, İsveçrə, Tacikistan komandaları olublar. 100 kq çəki dərəcəsində bütün rəqiblərə qalib qələrək Rəsul Həsənov qızıl medalı qazanıb. 115 kq çəki dərəcəsində çıxış edən Səlim Ələkbərov ancaq finala çıxış görüşündə uduzaraq 3 yerə çıxıb. Komanda hesabında Azərbaycan sumoçular üçüncü olublar.

Səlimdən “gümüş”, Fuaddan “bürünc”

10 yanvar 2016-cı il tarixində Macarıstanın Erd şəhərində keçirilən “A” kateqoriyalı beynəlxalq sumo turnirində bizim idmançılar 2 medal (1 gümüş, 1 bürünc ) qazanıblar.

115 kq çəki dərəcəsində Səlim Ələkbərov,yalnız final görüşündə məqlub olaraq,fəxri kürsünun ikinci pilləsinə çıxıb.

70 kq çəki dərəcəsində güləşən Fuad Muradov bürunc medalın sahibi olub.

Azərbaycan Sumo Federasiyasının hakimi Rəsul Həsənov həmin turnirin yarımfinal və final görüşlərini idarə edirdi.